
ABŞ Prezidenti Donald Tramp İran rəhbərliyinin yanvarın 15-də həyata keçirilməsi planlaşdırılan edamların (sayı 800-dən çox – Qeyd) ləğv etməsinə münasibət bildirib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" hesabında yazıb.
"Dünən üçün planlaşdırılan bütün edamların (800-dən çox) İran rəhbərliyi tərəfindən ləğv edilməsini yüksək qiymətləndirirəm. Təşəkkür edirəm", - deyə o, əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.