Dünən, 18:48 132

30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT

Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində davam etdirilib.

Həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri "Neftçilər" metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər.

Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qara-Çuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər.

Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.

Cari ilin aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir.

Paylaş

Xəbər lenti

Sumqayıtda aparılan tikinti sakinlərin evinə ziyan vurub? - RƏSMİ CAVAB Bu gün, 20:48 ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib Bu gün, 20:48 Sabah Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır Bu gün, 20:48 "Reuters": İran ələ keçirilən gəmiləri Bəndər-Abbas limanına aparıb Bu gün, 20:48 Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırıb Bu gün, 19:48 Virtual məkandan real təhlükəyə: Təhsil müəssisələrində artan silahlı insidentlər Bu gün, 19:48 Azərbaycanda "Son zəng" tədbirləri üçün TƏLƏBLƏR qoyuldu Bu gün, 19:48 Lu Mey: 2025-ci ildə Azərbaycana 60 mindən çox Çin vətəndaşı səfər edib Bu gün, 19:48 WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək Bu gün, 19:48 Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib Bu gün, 18:48 Bakıda 140A nömrəli marşrut nağdsız ödəniş sisteminə keçir Bu gün, 18:48 Naxçıvan Ticarət və Xidmət Departamentinin direktoru işdən çıxarılıb Bu gün, 18:48 Dağıstanda sel fəlakətinin baiskarlarına qarşı ƏMƏLİYYAT Bu gün, 18:48 Vaşinqtondan kritik xəbərdarlıq: "İranı indi tərk edin" Bu gün, 18:48 "SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb Bu gün, 17:48 Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb Bu gün, 17:48 Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Bu gün, 17:48 BRAVO: 10 İlin Parıltısı Bu gün, 17:48 WUF13 ilə əlaqədar Bakının bu təhsil müəssisələrində dərslər DİSTANT OLACAQ Bu gün, 17:48 Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib Bu gün, 17:48 Bakıdakı məktəblərdə yaz tətilinin vaxtı dəyişdirilib Bu gün, 17:48 Tramp bombalamağı ƏMR ETDİ - Hörmüzü minalayan İran gəmiləri... Bu gün, 17:48 Bakıda ictimai nəqliyyatda niyə vahid sistem qurulmur? Bu gün, 17:48 Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub Bu gün, 17:48 İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Bu gün, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Bu gün, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Bu gün, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Bu gün, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Bu gün, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Bu gün, 15:48 Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı Bu gün, 15:48 ABŞ İranla bağlı əməliyyatda 31 gəmini geri qaytardı Bu gün, 15:48 Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub Bu gün, 15:48 Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB Bu gün, 15:48 Arda Gülər zədələndi Bu gün, 15:48 Dövlət Xidmətində rüşvətlə bağlı əməliyyat - İki vəzifəli şəxs saxlanıldı Bu gün, 15:48 Cibdən "iPhone" oğurlayan şəxs SAXLANILDI Bu gün, 15:48 Nazir Arzu Qarazadəyə vəzifə verdi Bu gün, 14:48 Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ Bu gün, 14:48 Ağstafada qəza, xəsarət alanlar var Bu gün, 14:48 İran millisinin ABŞ-də keçiriləcək DÇ-2026 oyunlarına hazır olduğu açıqlanıb Bu gün, 14:48 Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir Bu gün, 13:48 Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir Bu gün, 13:48 Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb Bu gün, 13:48 2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər Bu gün, 13:48 Günəşdə partlayış qeydə alınıb Bu gün, 13:48 Elektrik xətlərinə dəyən təyyarə dayanacağa düşdü Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR