Avropa İttifaqı Rusiyanın 21 aviaşirkətini beynəlxalq təhlükəsizlik standartlarına cavab vermədiyi üçün qara siyahıya salıb.
Avropa İttifaqı beynəlxalq təhlükəsizlik standartlarına əməl etməyən aviaşirkətlərin də yer aldığı siyahıya Rusiyada sertifikatlı 21 aviaşirkətin əlavə edildiyi bildirilib.
Qərarın Rusiyanın xarici təyyarələri məcburi şəkildə yenidən qeydiyyata alması və etibarlı uçuşa yararlılıq sertifikatları olmadan fəaliyyət göstərməsinə icazə verməsi səbəbindən verildiyinə diqqət çəkən açıqlamada bu vəziyyətin ciddi təhlükəsizlik narahatlığına səbəb olduğu və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarını pozduğu qeyd edilib.
Açıqlamada qeyd olunub ki, son yeniləmə ilə 117 aviaşirkətin Aİ hava məkanında uçuşu qadağan edilib.
Mövzu ilə bağlı açıqlama verən AB Nəqliyyat Komissiyasının üzvü Adina Valean "Açıq bildirmək istəyirəm ki, bu qərar Rusiyaya qarşı başqa bir sanksiya deyil. Qərar yalnız texniki və təhlükəsizlik səbəbiylə alındı. Təhlükəsizliyi siyasətlə qarışdırmayın” deyib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin etibarlı uçuşa yararlılıq sertifikatı olmayan yüzlərlə təyyarənin istismarına icazə verdiyinə diqqət çəkən Valean bunun beynəlxalq mülki aviasiya müqaviləsinin açıq şəkildə pozulması olduğunu bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.