11-06-2026, 09:48 532

Mikayıl Cabbarov Azərbaycanın qeyri-neft-qaz sektoru ilə bağlı prioritetləri açıqlayıb

Hazırda dağ-mədən sənayesinin və metallurgiyanın inkişafı üzrə dövlət proqramı layihəsinin hazırlanması yekun mərhələdədir.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində qeyri-neft-qaz sektorunda prioritet sahələr məsələsinə toxunaraq qeyd edib.

"Dağ-mədən sektorunun inkişafında böyük potensial görürük. Bunun həm təbii, həm də tarixi səbəbləri var. Təbii səbəb ondan qaynaqlanır ki, ölkəmiz dağ-mədən sahəsində vacib olan geoloji ehtiyatlarla zəngindir. Tarixi səbəb dedikdə isə mən onu nəzərdə tuturam ki, bizim böyük Zəfərimizdən öncə Azərbaycan Respublikasının geoloji ehtiyatlarının yalnız cüzi bir həcminə çıxışımız var idi. Çünki dağ-mədən sahəsi üçün əksər geoloji ehtiyatlarımız, o cümlədən qızıl, mis, gümüş, ola bilsin ki, kritik minerallar, – əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşir. Bu gün biz artıq qısa müddət keçməsinə baxmayaraq, o sahənin verdiyi nəticələri görürük",- nazir bildirib.

O, qısamüddətli və ortamüddətli dövrdə ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək layihələr arasında Daşkəsən dəmir filizi zavodunun inşasını qeyd edib: "Bu, kifayət qədər böyük sərmayə – təxminən 2 milyard manat civarında qiymətləndirilən bir layihədir. Əgər dağ-mədən sahəsi ilə davam etsək, işğaldan azad olunmuş ərazilərimizdə Zod yatağının işlənilməsi ilə həyata keçirilən layihəni də buraya aid edə bilərik.

Məsələn, Şahbulaqda daş karxanalarının, Dövlətyarlı əhəngdaşı yatağının, Xocalıda üzlük daş yataqlarının istismara başlanılması buna nümunədir. Həmçinin Ağdərədə işğal dövründə qeyri-qanuni istismarda olmuş "Dəmirli" Filiz Emalı Kompleksində fəaliyyətin başlanılmasını, Zod yatağı ilə bağlı prosesləri də qeyd etmək olar. Hazırda Qubadlıda və Laçında əhəngdaşı yataqlarının istismarına başlanılır. Növbəti illərdə dağ-mədən sənayesində mineralların istehsalı ilə bağlı ciddi layihələrin həyata keçirilməsini görəcəyik.

Bunlarla yanaşı, alüminium istehsalının mövcud səviyyədən iki dəfə artırılmasına yönəldilmiş layihəni də nümunə kimi qeyd etmək istərdim və digər layihələrin də hazırda fəal fazada olduğunu demək mümkündür"..

Qeyri-neft sənayesinin digər potensial sahəsi kimi M.Cabbarov kimya sənayesini qeyd edərək biıdirib ki, ölkədə zəngin xammal potensialı var: "Bu da bizim təbii neft və qaz sektorunun fəaliyyətindən irəli gəlir - bir sıra yüksək dəyər yarada bilən sahələr, yəni polietilen, polimerlər, polipropilen və bir sıra yan məhsullar üçün zəngin bazamız mövcuddur".

Onun sözlərinə görə, kənd təsərrüfatını həm ölkə üçün ənənəvi fəaliyyət növüdür, – burada müvafiq bilik və bacarıqlar var, – həmçinin qeyri-neft ixracında çox mühüm mövqeyə malik olan bir sahədir.

"Digər tərəfdən, Prezidentin bu yaxınlarda təsdiqlədiyi müvafiq dövlət proqramına əsasən buraya həm dövlət tərəfindən zəruri olan tənzimləmə, kapital qoyuluşu və infrastruktur dəstəyi verilir, həmçinin özəl sektorun sərmayələri cəlb olunur. Biz Azərbaycanın münbit iqlim şəraitindən, coğrafi yerləşməsindən və mövcud ticarət sazişlərindən istifadə edirik və bu, bizim üçün prioritet sahə kimi görünür", - nazir bildirib.

Xidmətlər sahəsinə gəldikdə isə burada M.Cabbarov nəqliyyat-logistikanı qeyd edib: "Ölkəmiz nəqliyyat qovşağına çevrilib. Bu, özlüyündə böyük nailiyyətdir. Ona görə ki, bizim təbii yerləşməmiz – yəni açıq dənizə çıxışımızın olmaması fonunda ölkəmizin bu gün istər Orta Dəhliz çərçivəsində, istərsə də Şimal-Cənub marşrutunda nəqliyyat qovşağına çevrilməsi öz-özünə baş verməyib. Bu, həyata keçirilən uzunmüddətli siyasətin nəticəsidir və buradan irəli gələn bir çox potensial dəyər hələ də tam reallaşmayıb.

Turizm sahəsində də detallara getmədən onu qeyd edə bilərəm ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Azərbaycana gələn turistlərin sayının artırılmasından başlayaraq ölkədaxili turizm infrastrukturunun inkişafına qədər məsələləri əhatə edən bir yanaşma mövcuddur.

İki sahəni isə mən sektor kimi deyil, daha çox fundamental şərt kimi qeyd edərdim. Bunlardan biri rəqəmsallaşma, müvafiq olaraq İKT və data mərkəzləri ilə bağlı olan istiqamətdir. Çünki artıq rəqəmsallaşmanı iqtisadiyyatın ayrı bir sektoru kimi deyil, daha çox uğurlu iqtisadi fəaliyyətin zəruri şərti kimi görürük. Digəri isə təbii olaraq enerjidir. Mən bunu xüsusi olaraq neft-qaz deyil, məhz enerji şəklində vurğulayıram. Çünki bu da demək olar ki, bütün iqtisadi sahələr üçün zəruri şərtlərdən biridir və bu nöqteyi-nəzərdən biz həmin sahələri də prioritetlərə aid edirik".

Nazir xatırladıb ki, 2025-ci ildə ölkə iqtisadiyyatının 71,5 %-i qeyri-neft sektoru olub. Deməli, neft-qaz sektoruna düşən pay 30 %-dən azdır. "Biz 20 il əvvəlki dövrə nəzər salsaq, bu rəqəm 45 %-ə çatmırdı, 43,5–43,6 % civarında idi. Bu, keçdiyimiz yolu göstərir. Onu göstərir ki, həyata keçirilən siyasət uğurludur".

Onun sözlərinə görə, son altı il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən iki dəfə artıb:

"Bu il də həmin artım dinamikası davam edir. Cari ilin dörd ayı ərzində qeyri-neft ixracının həcmi 17 %-dən çox artıb. Bu, kifayət qədər yüksək sürətdir. Burada biz hər zaman, həmçinin qeyri-neft ixracının keyfiyyətinə, yəni onun hansı məhsullardan ibarət olması məsələsinə fokuslanırıq.

Ölkənin iqtisadi dayanıqlılığı, yəni bizim əsas hədəfimiz həmin məhsulların çeşidinin artırılmasından qaynaqlanır. Məhsulların çeşidinin artırılması ilə yanaşı, ixrac coğrafiyasının genişləndirilməsi məsələsi də xüsusi önəm daşıyır. Sirr deyil ki, dünya ticarətində, xüsusilə də qeyri-neft məhsullarında bütün ölkələr müəyyən tarif baryerləri tətbiq edirlər. Ona görə də bizim əksər satışlarımız azad və ya preferensial ticarət sazişimiz olan ölkələrlə həyata keçirilir. Çünki bu tərəfdaşlarla ticarətdə qarşılıqlı olaraq idxal tarifi tətbiq edilmir.

Biz bu gün nəzər salsaq görərik ki, azad ticarət sazişlərimiz yalnız postsovet ölkələri ilə mövcuddur. Bu, bir tərəfdən bizim qeyri-neft ixracımızın coğrafi imkanıdırsa, digər tərəfdən məhdudlaşdırıcı bir amildir. Biz müvafiq olaraq, preferensial ticarət sazişləri vasitəsilə bu coğrafiyanın genişləndirilməsinə üstünlük veririk".

M.Cabbarov vurğulayıb ki, hazırda Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi dövlətlərlə artıq preferensial ticarət sazişləri çərçivəsində bir sıra məhsullar üzrə belə bir dinamika var və həmin ölkələrə qeyri-neft ixracının həcminin artması müşahidə edilir.

"İkinci element ölkənin istehsal edə biləcəyi, həm də rəqabətqabiliyyətli şəkildə istehsal edə biləcəyi məhsullarla bağlıdır. Bu isə investorlar və investisiyalar məsələsinin bir hissəsidir. Çünki biz investisiyalar dedikdə, bir qayda olaraq, adətən özəl və xüsusilə də birbaşa xarici investorları nəzərdə tuturuq. Həqiqət isə ondan ibarətdir ki, bizim kontekstdə dövlət özü çox böyük investordur".

Paylaş

Xəbər lenti

DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olu Bu gün, 01:48 Azərbaycanın qlobal brendi: "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? Bu gün, 00:48 ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb Bu gün, 00:48 İlon Mask Fransanın "son ümidi"ni açıqladı Dünən, 23:49 İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür Dünən, 23:49 Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq Dünən, 23:49 YAŞAT Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? Dünən, 23:49 Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb Dünən, 23:48 Rusiyada miqrantları telefon almağa məcbur edəcəklər Dünən, 23:48 Paytaxtın dörd rayonunda işıq kəsiləcək - Ünvanlar Dünən, 23:48 Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var Dünən, 22:48 Dünyada 700 milyona yaxın şəxs " ASAN xidmət" modelindən faydalanır" Dünən, 22:48 Ülvi Mehdiyev: "ASAN xidmət" korrupsiyaya qarşı islahatdır Dünən, 22:48 Qurban Qurbanov: "Vestri"ni artıq daha yaxından tanıyırıq" Dünən, 22:48 Latviya ölkədə nüvə silahının yerləşdirilməsinə hazır olduğunu açıqlayıb Dünən, 22:48 "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? Dünən, 22:48 Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib Dünən, 21:48 Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzinə direktor təyin edilib Dünən, 21:48 Argentina millisinin DÇ-dən kənarlaşdırılması üçün petisiya 10 milyon imza topladı Dünən, 21:48 Ağdam, Cəbrayıl və Laçında "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır Dünən, 21:48 Ülvi Mehdiyev: "ASAN xidmət mərkəzlərinin sayı ölkə əhalisi üçün kifayətdir" Dünən, 21:48 Ülvi Mehdiyevdən regionlarla bağlı vacib açıqlama: Hansı ərazilərdə "ASAN xidmət" açılacaq? Dünən, 21:48 Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir? Dünən, 21:48 Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir Dünən, 20:48 DİM magistratura səviyyəsi üzrə qabiliyyət imtahanları keçirir Dünən, 20:48 Şuşa - media dialoqunun paytaxtı Dünən, 20:48 Adil Kərimlinin Şuşada keçirəcəyi vətəndaş qəbulunun tarixi açıqlanıb Dünən, 20:48 ABŞ-nin İrandakı hərbi əməliyyatının xərcləri 100 milyard dollara çata bilər Dünən, 20:48 Mərdəkanda 22 yaşlı gənc dənizdə batıb Dünən, 20:48 Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub Dünən, 19:48 Rafiq Hüseynov: "Komandamız optimal hazırlıq səviyyəsindədir" Dünən, 19:48 Cənubi Koreya prezidenti yeganə mənzilini satır Dünən, 19:48 Ülvi Mehdiyevin Baku TV-yə müsahibəsi yayımlanacaq: Nələr müzakirə ediləcək? Dünən, 19:48 ABŞ-nin sabiq lideri Co Bayden prezidentlik dövründən kitab yazıb Dünən, 19:48 Samuxda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: Hadisənin ilkin səbəbi bəlli oldu Dünən, 19:48 CAR mediası Azərbaycanın üzləşdiyi mina problemindən yazıb Dünən, 19:48 Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB Dünən, 18:48 Onlayn alış-veriş zamanı saxta kosmetik məhsulları necə tanımaq olar? Dünən, 18:48 Pirşağıda infrastruktur problemi: Nə işıqlandırma var, nə də normal yol - Dünən, 18:48 Slovakiya Prezidenti "Sea Breeze"lə tanış olub Dünən, 18:48 Qəbələ Beynəlxalq Hava Limanının regional aviasiya mərkəzinə çevrilməsi üçün danışıqlar aparılır Dünən, 18:48 Slovakiya Prezidentinin Azərbaycana səfəri başa çatıb Dünən, 18:48 Nazir idarə rəisini təqaüdə göndərdi Dünən, 18:48 "Azercell Cup – 2026" proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı Dünən, 17:48 Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir Dünən, 17:48 Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı Dünən, 17:48 Dayılardan bacılarının qızını sevən yeniyetməyə AMANSIZ DAVRANIŞ Dünən, 17:48 İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR