
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən və özünü də güllələyən Zaur Qəhrəmanovun vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata əsasən, iyulun 9-da baş verən hadisə ilə əlaqədar Kliniki Tibb Mərkəzə hospitalizasiya olunan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün Bakıda kişi keçmiş həyat yoldaşının güllələyərək qətlə yetirib, daha sonra özünə atəş açıb, ağır yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.