N saylı hərbi hissənin müddətli həqiqi hərbi qulluqçusu, sıravi Palyan Civani Poqosyan 2-ci dərəcəli yanıq xəsarəti ilə Zəngəzur qarnizonunun hospitalına yerləşdirilib.
Avesta.az xəbər verir ki, iyulun 17-də baş verən insidenti Ermənistan Müdafiə Nazirliyi bu gün yayıb.
Mənbə yazır ki, hərbçi təcili tibbi yardım maşını ilə Milli Yanıq Mərkəzinə aparılıb. Hazırda onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.