Ukrayna yaxın 3-6 həftə ərzində Rusiyanın işğal etdiyi əraziləri geri qaytarmalıdır. Əks təqdirdə, daha da çətinləşəcək.
Avesta.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Adam Smit deyib.
Onun sözlərinə görə, Ukrayna ruslarla sülh razılaşmasından əvvəl işğal olunmuş əraziləri geri almalıdır: "Növbəti üç-altı həftə həlledicidir”.
Smit əlavə edib ki, bu dövr vacibdir, çünki daha soyuq temperatur və daha sərt şərtlərlə qış döyüşləri ləngidəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.