Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında avqustun 5-də Soçidə baş tutacaq görüş ərəfəsində Əsəd qüvvələri, terrorçu Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı YPG-nin silahlıları Türkiyənin gözlənilən hərbi hərəkətlərinə qarşı Suriyanın şimalında birgə təlimlər keçirib. Rusiya da bu təlimlərə dəstək verib.
Bundan əvvəl, iyulun 19-da Tehranda Rusiya, İran və Türkiyə prezidentləri arasında keçirilən danışıqlarda Vladimir Putin və ali dini lider Əli Xamenei Ərdoğanın Suriyanın şimalında yeni hərbi əməliyyatına qarşı çıxıblar.
Bu sammitdən sonra Suriyanın şimalında Türkiyə hərbçiləri ilə PKK/YPG yaraqlıları arasında atışmalar davam etsə də, vəziyyət nisbətən sakitləşib və görünür, Ankara hərbi əməliyyatlara başlamaq planlarını bir qədər təxirə salıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.