Serbiya və tanınmamış Kosovo sərhədlərində atəş səsləri eşidilib.
Avesta.az xəbər verir ki, Kosovo xüsusi təyinatlıları Serbiya ilə sərhədi bağlayıb. Buna cavab olaraq Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Serbiya prezidenti Aleksandar Vucic bu gün xəbərdarlıq edib ki, ölkəsi Kosovoda serblərin növbəti qırğınına icazə verməyəcək.
Qeyd edək ki, avqustun 1-dən etibarən Kosovo hakimiyyəti yerli serblərin Serbiya tərəfindən verilən sənədlərini tanımayacaq və bununla da onları faktiki olaraq, qanundan kənara vəziyyətə salacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.