14-09-2023, 16:53 57

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

"Report" xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin ilk iki məsələsinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlər barədə hesabat və komitənin 2023-cü il payız sessiyası üçün iş planı olduğunu bildirib.

Hesabat dövründə komitədə görülən işlərlə bağlı qısa məlumat verən birinci vitse-spiker bildirib ki, qarşıdakı sessiya ilə bağlı iş planında komitəyə daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Gündəliyin 3-cü məsələsi ilə bağlı komitə üzvü Nizami Səfərov məlumat verib. O, bildirib ki, “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair Protokol”a qoşulmaq barədə qanun layihəsi hava gəmilərində nizam-intizamın təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və yurisdiksiyanın tənzimlənməsi məqsədinə xidmət edir.

Gündəlikdə 4-cü məsələ olan Mülki Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Notariat haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əli Hüseynli bildirib ki, sənəd “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə 2022-ci il 2 dekabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.

5-ci və 6-cı məsələlər barədə komitə üzvü Bəhruz Məhərrəmov məlumat verib. O, bildirib ki, birinci oxunuşda olan “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrində daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digər xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan şəxslər kimi “kursant” adlandırılması təklif olunub. Həmçinin “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə daxili işlər orqanları üçün kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədi ilə bir sıra yeniliklər, o cümlədən “Daxili işlər orqanları üçün kadr hazırlığı” adlanan I-I Fəslin əlavə olunması təklif olunur.

Komitə sədri növbəti 5 məsələ - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri ilə bağlı bildirib ki, sənədlər “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsinı haqqında” Qanuna uyğunlaşdırma, habelə “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” və “Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunların icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

12-ci məsələ olan “Dövlət qulluğu haqqında” Qanunda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Kamal Cəfərov məlumat verib. O, bildirib ki, “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişikliklər dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin xüsusi, hərbi, diplomatik rütbələrinin uyğunlaşdırılması qaydalarını tənzimləmək məqsədi ilə hazırlanıb. “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər isə miqrasiya orqanlarında qulluq edənlərin hüquqi vəziyyətinin və iş şəraitinin yaxşılaşdırılmasına yönələn dəyişikliklərdir.

13-cü məsələ İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə komitənin üzvü Nizami Səfərov bildirib ki, dəyişikliklər dəqiqləşdirmə və texniki xarakter daşıyır..

Müzakirə olunan sonuncu məsələ - Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə böyük, orta və kiçik xüsusi rütbələrin müvafiq təqdimatlar əsasında müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilməsini təsbit edir.

Gündəlikdəki məsələlərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Əminə Ağazadə, Azay Quliyev, Erkin Qədirli çıxış ediblər, rəy və təkliflərini səsləndiriblər.

Deputatlar 2023-cü ilin yaz və növbədənkənar sessiyalarında Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işləri qənaətbəxş sayıblar, komitənin 2023-cü il payız sessiyası üçün iş planını təsdiqləyiblər, gündəlikdəki qanun layihələrini Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda komitə üzvləri Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Tahir Kərimli, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.

Paylaş

Xəbər lenti

Ermənilərin Qarabağa döşədiyi minalar - faşistlərin hərəkətini təkrarlayan Ermənistan - ŞƏRH Bu gün, 15:55 Teymur Kərimli “Şöhrət” ordeni ilə təltif edilib Bu gün, 15:54 Azərbaycan Türkiyə ilə sənaye və texnologiya sahələrində əməkdaşlığı müzakirə edib Bu gün, 15:53 "Kəpəz"in İdarə Heyətinin sədri: "Bu günə qədər komandaya ciddi dəstək və yardım olmayıb" - MÜSAHİBƏ Bu gün, 15:52 İOC Paris olimpiadasında idmançıların hicab taxması ilə bağlı məsələyə aydınlıq gətirib Bu gün, 14:58 MN: "Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" Bu gün, 14:57 Selcuk Bayraktar: “Azərbaycanlı gənclər “Bayraktar” şirkətində süni intellekt üzərində işləyirlər” Bu gün, 14:48 Azərbaycanda pul bazası 18 milyard manatdan aşağı düşüb Bu gün, 14:47 Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 10 milyard dollara yaxınlaşıb Bu gün, 14:45 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər - YENİLƏNİB Bu gün, 14:45 Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var - YENİLƏNİB Bu gün, 14:44 Elşad Hacıyev: "Azad edilən ərazilərimiz 30 il ərzində cinayətkar məqsədlər üçün geniş şəkildə istifadə edilib" Bu gün, 14:39 Xocalıda narkotik plantasiyası aşkarlanıb Bu gün, 13:53 Anar Quliyev: "Böyük Qayıdış Proqramı çərçivəsində ərazi planlaşdırma sənədləri təsdiq edilib" Bu gün, 13:52 DTX Türkiyə və Pakistana başsağlığı verib Bu gün, 13:50 Rüstəm Orucov təxribat xarakterli çıxış edən erməni idmançıya cavab verib Bu gün, 13:49 Türkiyə Ermənistandakı Metsamor AES-in fəaliyyətinin dayandırılması üçün hərəkətə keçib Bu gün, 13:48 Şuşada III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçiriləcək Bu gün, 13:44 Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin olunub Bu gün, 13:36 Bu il Bakıda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb Bu gün, 13:35 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi keçiriləcək Bu gün, 13:31 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər Bu gün, 13:31 Azərbaycan millisinin voleybolçusu Rumıniyada gümüş medal qazanıb Bu gün, 12:59 Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var  Bu gün, 12:59 Deputat: "Təəssüf ki, Azərbaycanda hər təşkilat özünə uyğun qiymət müəyyənləşdirir" Bu gün, 12:55 Xəzər dənizində Azərbaycan-Qazaxıstan birgə hərbi təlimləri başlayıb Bu gün, 12:51 ANAMA: "Antiterror tədbirlərindən sonra bəzi kritik ərazilərdə minatəmizləmə işləri aparılır" Bu gün, 12:50 “Dekolonizasiya: Sakit İnqilab” konfransında yekun bəyanat qəbul edilib, Fransaya tələb irəli sürülüb Bu gün, 12:49 Səudiyyə Ərəbistanı klubları Levandovskini də transfer etmək istəyirlər Bu gün, 12:48 Azərbaycan Ümumdünya Poçt Konvensiyası və “Poçt ödəniş xidmətləri haqqında Saziş”ə qoşulacaq Bu gün, 12:47 Türkiyəli nazir: "Ermənistanla Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr gedir" Bu gün, 12:46 "SİMA İmza" ilə başqasının sənin adından sənəd imzalamasının qarşısını al! Bu gün, 12:45 AQTA qeydiyyatdan keçmədən qida daşıyan şirkətlərə xəbərdarlıq edib Bu gün, 11:51 Azərbaycan Prezidenti: "Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik" Bu gün, 11:51 Ekspert: "Dünyada dövlət satınalmaları sistemi yenilənməlidir" Bu gün, 11:50 Deputat: "Qarabağ və Şərqi Zəngəzur tezliklə dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək" Bu gün, 11:50 UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib Bu gün, 11:47 Azərbaycanda matəm günlərinin təqvimdən çıxarılması təklif olunur Bu gün, 11:46 Prezident İlham Əliyev: "Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik" Bu gün, 11:43 Tural Gəncəliyev: "Ümid edirik ki, revanşist qüvvələr bütün baş verənlərdən nəticə çıxaracaqlar" Bu gün, 11:41 Rəşad Sadıqov Premyer Liqada baş məşqçi kimi 100-cü oyununu keçirib Bu gün, 11:37 Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİB-2 Bu gün, 11:35 Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib” Bu gün, 09:57 “Sabah”ın yeni kapitanı: “Əsas hədəf qrupda birinci yer tutmaqdır” Bu gün, 09:55 Meksikada kilsənin uçması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB Bu gün, 09:52 UEFA avrokubokların formatını dəyişmək və Superliqa yaratmaq istəyir Bu gün, 09:41 Ukrayna “Bayraktar”ın təkmilləşdirilmiş versiyasını əldə edə bilər Bu gün, 09:41 İsmayıllıda 35 yaşlı kişi intihar edib Bu gün, 09:39

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR