
Qətərin paytaxtı Dohada keçirilən idman gimnastikası üzrə Dünya kuboku davam edir.
Sportfm.az xəbər verir ki, Azərbaycanın idman gimnastı Nikita Simonov yarışda bürünc medal qazanıb. 26 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında fərqlənib.
İvan Tixonov isə parallel qollar və turnik hərəkətlərinin icrasında finala vəsiqəni təmin edib. O, martın 5-də finalda mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.