21-01-2025, 19:25 415

Latviyada 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycanın Latviyadakı Səfirliyinin təşkilatçılığı ilə bu ilin yanvarın 20-də Riqa şəhərinin tarixi-memarlıq abidəsi olan Kiçik Gildiyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

"Report" xəbər verir ki, əvvəlcə 1990-cı ildə Azərbaycanda və 1991-ci ildə Latviyada yaşanan 20 Yanvar faciələrinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbərliyinin göstərişi ilə Sovet ordusunun Azərbaycanda dinc əhaliyə qarşı törətdiyi amansız qırğın barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Oleqs Burovs çıxışında faciə qurbanlarının xatirəsinin qəlblərimizdə daim yaşayacağını diqqətə çatdırıb və 1991-ci ilin yanvarın 20-də Riqada baş verən faciə və “barrikadalar hərəkatı” barədə danışıb. O, hər iki ölkənin oxşar tarixi keçmişinin olduğunu, azadlıq uğrunda xalq hərəkatında fəallıq göstərən insanların qorxmayaraq Sovet ordusunun qarşısına əliyalın çıxdıqlarına diqqət çəkib və 20 Yanvar tarixinin iki ölkənin azadlıq uğrunda mübarizə simvoluna çevrildiyini qeyd edib.

O.Burovs həmçinin, Azərbaycan və Latviya arasında güclü əsaslara dayanan əlaqələrin mövcud olduğunu və 2024-cü ili may ayında Latviya Seyminin spikerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfəri çərçivəsində azad olunmuş əraziləri ziyarət etdiyini xatırladaraq, Azərbaycan Hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini yüksək qiymətləndirdiyini söyləyib.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassik musiqi proqramı ilə davam edib. Latviya Milli Simfonik Orkestrinin musiqiçiləri Azərbaycan, Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərini səsləndirib.

Tədbirdə Latviya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, diplomatik missiyaların rəhbərləri, akademik, dini və ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir çərçivəsində Qanlı Yanvar faciəsinə həsr olunmuş fotosərgi təşkil edilib.

Həmçinin qeyd edək ki, Azərbaycanın Latviyadakı Səfirliyinin qarşısında 20 Yanvar faciəsini əks etdirən fotoşəkillərdən ibarət guşə qurulub.

Paylaş

Xəbər lenti

Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48 Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib Bu gün, 14:48 Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48 FHN Ağdamda yanğın-taktiki təlim keçirib Bu gün, 13:48 Gədəbəydə güllələnmiş meyit tapıldı Bu gün, 13:48 Keçən il ailə quran 339 gəlinin 60-dan çox yaşı olub Bu gün, 13:48 Faiq Ağayev: "Anam yanımda olanda canımı tapşırdım" Bu gün, 13:48 Bu ölkədə 10 avroya dağ havası satılır Bu gün, 12:48 Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı Bu gün, 12:48 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır" Bu gün, 12:48 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU Bu gün, 12:48 Nikolay Baskovun bu psixoloji etirafı gündəm oldu Bu gün, 12:48 Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun Bu gün, 11:48 Hərbi çağırışdan boyun qaçıran 2 nəfər barəsində cinayət işi başlandı Bu gün, 11:48 Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır Bu gün, 11:48 Kamran Bilalovun saxlanılma səbəbi bəlli olub, tiktoker "Çevik"ə qarşı zorakılıq edib Bu gün, 11:48 Agentlik sədrinin müşaviri işdən çıxarıldı Bu gün, 11:48 Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır? Bu gün, 11:48 Azərbaycanda 1 ildə evlənən 740 kişinin yaşı 60-dan yuxarı olub Bu gün, 11:48 Azərbaycanın ixrac etdiyi neft və qaz bahalaşıb Bu gün, 11:48 Emin Əmrullayev ilk dərs günündə bəzi məktəblərə baş çəkib Bu gün, 10:48 Azərbaycanlı xanəndənin toyu oldu - Məşhurlar məclisə axın etdi Bu gün, 10:48 Zərdabda dəhşətli qəzada yaralanan qadın xəstəxanada öldü Bu gün, 10:48 Qərbi Azərbaycan İcması diplomatların Qarabağa son səfərinə Ermənistanın reaksiyasını pisləyib Bu gün, 10:48 Məktəblərdə ilk dərs günüdür - FOTOREPORTAJ Bu gün, 10:48 Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir Bu gün, 10:48 Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi – 1 il maşın sürə bilməyəcək Bu gün, 10:48 "Facemark" MMC ilə Dalğa FM arasında 14 sentyabr 2026-cı il tarixində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb Bu gün, 10:48 Dilarə Əliyevanın nəvəsi birinci sinifə gedir Bu gün, 10:48 Xocavəndə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç karvanları yola salınıb Bu gün, 09:48 Bu gün bir sıra ərazilərdə işıq olmayacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR