12-04-2025, 17:48 345

Bakıda aparılan söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək?

Bakı şəhərinin bir sıra ərazilərində köçürülmə-abadlıq işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata əsasən, paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi ön plandadır.

Bu səbəbdən şəhərin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan, əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Maraqlıdır, ilkin mərhələdə hansı ərazilərin sökülməsi nəzərdə tutulub? Ən əsası, söküntü işləri həmin ərazilərdə əmlakın satışı və kirayə qiymətlərinə necə təsir edəcək?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Alqı-satqı sürətlənəcək"

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, hazırda söküntü işləri Bakının Yasamal rayonunda, "Sovetski" adlanan ərazinin bir hissəsində aparılır:

"Burada qəzalı və köhnə binalar sökülür. Həmin ərazilərdə tarixi abidələr, memarlıq üslubunda tikilən çoxsaylı binalar var ki, onlar təmir olunur. Sökülən ərazilərdə isə yalnız mənzillər deyil, yeni parkların salınması nəzərdə tutulur.

Bu, keçmiş Bakını qoruyub saxlamağa və şəhərin mərkəzində sıxlığın aradan qaldırılmasına hesablanıb. Digər tərəfdən, söküntülər yeni avtomobil yollarının salınması ilə bağlı da aparılır. Təbii ki, evləri sökülən şəxslər mənzil axtarışına çıxacaq və yalnız mərkəzdə deyil, kənar ərazilərdə də alqı-satqı sürətlənəcək. Bu da əmlak bazarına təsirsiz ötüşməyəcək".

Tələb çox, say az - bahalaşma qaçılmazdır

Mütəxəssis bildirir ki, kirayə bazarında nəinki qiymətlər bahalaşacaq, ümumiyyətlə, mənzil qıtlığı müşahidə olunacaq:

"Nəzərə almaq lazımdır ki, sökülən mənzillərin böyük bir hissəsi kirayəyə verilirdi. Həmçinin evləri sökülən şəxslər mənzil alana qədər bəlli müddət kirayədə yaşamaq məcburiyyətindədirlər. Təbii ki, bu, kirayə bazarında da qiymətləri artıracaq. Tələb çox, say az olduğu üçün bahalaşma qaçılmazdır".

"Paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq"

Qiymətlərə gəldikdə isə, E.Fərzəliyev bildirir ki, qiymətlər ortalama 10 faizə qədər artacaq:

"Əmlaklarla bağlı konkret qiymət demək olmur. Otaq sayına, yerləşmə yerinə və binanın ilinə görə qiymətlər müxtəlifdir. Adətən yay aylarında həyət evlərinə tələbat artır, çoxmənzilli binalara azalır. Təbii ki, tələbat azalanda qismən enmələr qaçılmaz olur, amma söküntülərlə bağlı müştəri çox olduqda, azalmadan danışa bilmərik. Əgər qısa zaman ərzində əmlak bazarına yüzlərlə müştəri müraciət edərsə, bu, qiymətlərin ortalama 10 faizə qədər artması deməkdir. Qiymətlərin baha olması ilə yanaşı, ev tapmaq da çətinləşəcək. 2040-cı ilə qədər paytaxt Baş plana uyğun olacaq. Bu da onu deməyə əsas verir ki, çox sayda köhnə bina və fərdi həyət evi söküləcək. Təbii ki, ən ucuz kirayə verilən və satılan mənzillər köhnə binalarda və həyət evlərində olurdu. Onları yeni tikililər əvəzlədikdə, mənzillərin qiymətində iki dəfəyə yaxın fərq yaranacaq. Yaxın gələcəkdə paytaxtda ucuz kirayə mənzil tapmaq mümkün olmayacaq".

Daşınmaz əmlak bazarı üçün ciddi rəqəm

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyir ki, Bakı şəhərinin 11 rayonunda mərhələli qaydada söküntü işləri aparılacaq: "Söküntü Qaradağı çıxmaq şərtilə, Bakının bütün rayonlarını əhatə edəcək. Söküntü prosesi ilə bağlı vətəndaşlara ya imtina etdiyi mülkiyyətə görə pul verilir, ya da kompensasiya məbləğinə uyğun olaraq həmin ərazidə mənzillə təmin olunurlar. Yeni bina hazır olana qədər vətəndaşlar kirayə qalırlar. Təbii ki, bu, kirayə bazarında artıma səbəb olacaq. Hazırda altı mindən çox ailə ilə proses aparılır. Bu, daşınmaz əmlak bazarı üçün çox ciddi rəqəmdir".

Hansı ərazilərdə qiymətlər stabilləşəcək?

V.Oruc bildirir ki, təmir olunan, abadlıq aparılan ərazilərdə mənzil qiymətləri artacaq: "Amma bu o demək deyil ki, qiymət artımı Bakıda bütün rayonları əhatə edəcək. Hesablamalara görə, yeni tikilən ərazilərdə qiymətlər artacaq, vətəndaşların əksəriyyəti həmin ərazilərə yönələcəklər. Daşınmaz əmlak bazarının diqqətində həmin ərazilər olacaq. Digər ərazilərdə isə qiymətlər stabilləşəcək".

200 mindən yarım milyona

Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, hazırda şəhərə yaxın ərazidə köhnə binada üçotaqlı mənzilin qiyməti 200-300 mindirsə, bina yeni tikili ilə əvəzləndikdə, yaxın gələcəkdə bu rəqəm yarım milyon olacaq: "Mərkəzə yaxın ərazilərdə qiymətlər fərqli olacaq. Kirayə bazarında isə onsuz da qıtlıqdır və artıq qiymətlər 30 faizə qədər qalxıb. Binaları sökülən sakinlər mənzil axtarışındadırlar. Əvvəllər kirayə evi daha çox tələbələr axtarırdısa, indi axtarışda olanlar ən çox mənzilləri sökülənlərdir. Bu saya tələbələri də əlavə etsək, qiymətlərin bahalaşması tam normaldır".

Paylaş

Xəbər lenti

Ən tez aldanan bürclər açıqlandı Bu gün, 00:48 Diqqət mərkəzində olmaq istəyi hansı psixoloji problemin əlamətidir? Dünən, 23:48 Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır? Dünən, 23:48 Tez-tez tərləmə hansı xəstəliklərin əlamətidir? Dünən, 23:48 Sürücülük vəsiqəmiz hansı ölkələrdə tanınır? Dünən, 22:48 Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi Dünən, 22:48 Mərakeşdə hərbi təlim zamanı iki ABŞ hərbçisi itkin düşüb Dünən, 22:48 Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib Dünən, 21:48 Şəmkirdə gənc oğlan ağır yanıq xəsarətləri alıb Dünən, 21:48 Dejavu nədir və nə zaman təhlükəli ola bilər? – Mütəxəssislər açıqladı Dünən, 21:48 Tbilisidə azərbaycanlı saxlanıldı: silah və narkotik aşkarlanıb Dünən, 21:48 15 yaşlı oğlan əmisinə hücum edən canavarı öldürdü Dünən, 20:48 Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa Kubokunu izləyib Dünən, 20:48 Rəzai ABŞ-ni "dəniz qulduru" adlandırdı: sərt açıqlama Dünən, 20:48 Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb Dünən, 19:48 Xəzərdə artan zəlzələ aktivliyi - TƏHLÜKƏ GÖZLƏNİLİR? Dünən, 19:48 "Bakı Marafonu 2026"nın start və finişində konsert olub Dünən, 19:48 Cüdo millimiz "Böyük Dəbilqə"də 3 medal qazanıb Dünən, 19:48 Şəhid Anar Məmmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib Dünən, 18:48 Netanyahu: İsrail HHQ mümkün əməliyyatlara tam hazırdır Dünən, 18:48 Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır Dünən, 18:48 "Sabah" səfərdə "Şamaxı"ya qalib gəlib Dünən, 18:48 Texasda təyyarə qəzası: idman komandasının bütün üzvləri həlak oldu Dünən, 17:48 Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı Dünən, 17:48 "Bakı Marafonu 2026"nın mükafatlandırma mərasimi olub, qaliblərə medalları Leyla Əliyeva təqdim edib Dünən, 17:48 Siqaret çəkmək əsəbləri sakitləşdirir? Dünən, 16:48 "Bakı Marafonu 2026"nın qalibləri müəyyənləşib Dünən, 16:48 Bakı Marafonu 2026-da yarış başa çatıb Dünən, 16:48 Manana Çaparidze bağını nümayiş etdirdi Dünən, 15:48 Monqolustan Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq potensialını görür Dünən, 15:48 İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? Dünən, 15:48 Yasamaldakı dəhşətli yanğında ölən Könül Vəlibəylinin qızının sarsıdıcı ETİRAFI Dünən, 14:48 "Arka sokaklar"ın aktyoru yeni serialda Dünən, 13:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib Dünən, 13:48 Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə test imtahanı keçirilir Dünən, 13:48 Bərdədə asfalta yağ dağıldı, qəzaya səbəb oldu Dünən, 13:48 Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı Dünən, 12:48 Bakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVA Dünən, 12:48 İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib Dünən, 12:48 Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib Dünən, 12:48 Buraxılış imtahanında bir nəfərdə gizlədilmiş mobil telefon aşkarlanıb Dünən, 12:48 Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq Dünən, 12:48 Qara Qarayev prospektində sıxlığı azaldacaq TƏKLİF: Sürücülərin işi asanlaşacaq Dünən, 11:48 "Bakı Marafonu 2026" başlayıb Dünən, 11:48 Tahir Gözəl ona çay verən şəxsə 50 manat bəxşiş verdi Dünən, 11:48 Kəmalə Piriyeva: "Türk seriallarına həsəd aparıram" Dünən, 11:48 Abşeronda "ucuz torpaq" tələsi: Qanunsuz evlər artır Dünən, 11:48 Cahangeşt Balaxanı: "Meyxanaya məşhurlaşmaq üçün gələnlər unudulub gedirlər" Dünən, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR