
Xalq yazıçısı Elçin Əfəndiyev sabah I Fəxri xiyabanda dəfn ediləcək.
Bu barədə Azərbaycan Yazıçılar İttifaqından bildirilib.
Xatırladaq ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev bu gün 82 yaşında vəfat edib.
***16:25
Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı Elçin Əfəndiyev vəfat edib.
AVESTA.AZ xəbər verir ki, bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yazıçı bu gün dünyasını dəyişib.
Allah rəhmət eləsin!
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.