
Bu gün "Qarabağ" klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
AVESTA.AZ xəbər verir ki, Ağdam təmsilçiləri III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Azərbaycan çempionu Şimali Makedoniyanın "Şkendiya" komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.