
Ağcabədidə iki minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanlar var.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Poladlı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil, VAZ-21011 markalı maşınla toqquşub.
Qəza zamanı VAZ-da olan sərnişin - 1962-ci il təvəllüdlü Pənah Nəcəfov və sürücü - 1965-ci il təvəllüdlü Filman Xuduyev müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.