
Bakının Xətai rayonu, Əhmədli metrosu yaxınlığında yerləşən Nəsrəddin Tusi küçəsində açıq luk təhlükəsi var.
Bu barədə BAKU.WS-ə şikayətçi məlumat verib. Şikayətə görə, Heydər Əliyev parkının arxasında yerləşən açıq luk piyadalar üçün ciddi təhlükə yaradır:
"Ayağımın altına baxmasaydım, quyuya düşəcəkdim. Bununla bağlı təcili tədbir görülməlidir", – deyə sakin bildirib.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.