
Avropa İttifaqı heç vaxt gözləmirdi ki, sanksiyalara görə Ukrayna münaqişəsinə son qoymaq mümkün olacaq, lakin onlar Rusiyanı zəiflətməlidirlər.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel deyib.
“Avropa İttifaqı heç vaxt deməyib ki, sanksiyalar müharibəni dayandırmalıdır. Sanksiyalar Rusiya iqtisadiyyatını, onun hərbi imkanlarını və yeni texnologiyalar əldə etmək imkanlarını zəiflədir”-deyə, o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.