
Biləsuvar rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Mehman Kərimovun xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub.
"Report"un Muğan bürosunun məlumatına görə, açılışda rayon rəsmiləri, şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxış edənlər Vətənimiz uğrunda şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan geniş söz açıblar.
Tədbirdə məktəblilərin şəhidlərimizə həsr olunan şeirləri səsləndirilib.
Daha sonra abidənin açılışı olub, ziyarətçilər abidəni ziyarət ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.