
Xalq artisti Əminə Yusifqızı ilə əlaqədar oktyabrın 9-u saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Bu zaman Xalq artistinin həkiməqədər ölüm faktı qeydə alınıb.
***14:36
Xalq artisti Əminə Yusifqızı vəfat edib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat verib.
Qeyd edək ki, "Şöhrət" ordenli aktrisa və qiraətçi Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" kimi onlarla filmdə və televiziya tamaşalarında rol alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.