
Mingəçevir şəhərində 52 yaşlı kişi intihar edib.
"AVESTA.AZ"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 17-də şəhərin Nizami küçəsi 21-də yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Əliyev Əli Eyyub oğlu gecə saatlarında yaşadığı mənzildə özünü iplə asıb.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.