14-10-2025, 12:48 311

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 

Müraciətlərin böyük hissəsi 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Azərbaycan Uşaq Qaynar Xətt" xidməti (AUQX) 2025-ci ilin iyul-sentyabr ayları ərzində 1594 müraciət qəbul edib.

Müraciətlərin 512-si psixoloji dəstəyə ehtiyacla bağlı olub və bu istiqamət ilin ilk altı ayında olduğu kimi üstünlük təşkil edib. Bununla yanaşı, 261 sosial məsələ, 232 zorakılıq halı, 227 hüquqi yardım, 98 təhsil, 14 səhiyyə və 250 müxtəlif məzmunlu sorğu qeydə alınıb.

Statistikaya əsasən, müraciət edənlərin 59%-ni qadınlar, 29%-ni kişilər təşkil edib. Müraciətlərin 12%-i isə xidmətə anonim qaydada ünvanlanıb. Yaş bölgüsünə görə, ən çox müraciət 15–18 yaş aralığındakı yeniyetmələr tərəfindən edilib - 1147. Digər sorğuların 335-i 11–14 yaş, 112-si isə 10 yaşadək uşaqlarla bağlı olub.

Müraciətlərin 50%-i rəqəmsal kanallar (sosial media, e-poçt, veb-sayt) üzərindən, digər 50%-i isə telefon zəngləri vasitəsilə edilib.

Çətin vəziyyətə düşmüş uşaqlara yardım məqsədilə 34 ailə mərkəzə dəvət edilərək hüquqi, psixoloji və psixososial dəstək alıb. Ümumilikdə, 90-dan çox sosial-psixoloji reabilitasiya işi həyata keçirilib, 3 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfər təşkil edilib. Bununla yanaşı, AUQX komandası xidmətin fəaliyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbirləri də keçirib.

"Azərbaycan Uşaq Qaynar Xətt" xidməti fəaliyyətini "Azercell Telekom" MMC və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin idarəçiliyi ilə davam etdirir.

24/7 rejimdə fəaliyyət göstərən Qaynar Xəttə 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt ünvanı ([email protected]), Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), "Uşaq Qaynar Xətti" mobil tətbiqi və AUQX-nin rəsmi veb-saytı üzərindən müraciət etmək mümkündür.

Paylaş

Xəbər lenti

Sabahkı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Bu gün, 16:48 Xalq artisti: "Övlada hər zaman nəzarət etməlisən" Bu gün, 16:48 Mərkəzi Asiyadan Hind okeanına: Yeni nəqliyyat qovşağına çevrilən region Bu gün, 16:48 Mağazalarda "Qara cümə" kampaniyaları: Endirim, yoxsa marketinq hiyləsi? Bu gün, 15:48 Taekvondoçularımız Avropa birinciliyində bürünc medal qazanıb Bu gün, 15:48 Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı Bu gün, 14:48 Bakıda gənc oğlan küçədə bıçaqlandı Bu gün, 14:48 Dövlət Komissiyası beynəlxalq konfrans iştirakçılarının Qarabağa səfərinə dair videoçarx yayımlayıb Bu gün, 14:48 İkinci INMerge İnvestisiya Forumu qlobal investorları Bakıda bir araya gətirib Bu gün, 14:48 Siyazəndə su kanalına düşən azyaşlı ilə bağlı açıqlama Bu gün, 13:48 Gəncədə köşkdə meyiti tapılan şəxsin kimliyi məlum olub Bu gün, 13:48 Zelenski mövcud cəbhə xətti boyunca atəşkəsə razı olduğunu açıqlayıb Bu gün, 13:48 İspaniyada növbədənkənar parlament seçkilərində səsvermə başlayıb Bu gün, 13:48 Muslera 40 yaşında futbolçu karyerasını başa vurub Bu gün, 12:48 "Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir? Bu gün, 12:48 Sabah Bakıda yağış, dağlıq ərazilərdə qar yağacaq Bu gün, 12:48 Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib Bu gün, 12:48 Qaraçuxur poliklinikasında rentgen cihazı işləmir Bu gün, 11:48 Bu rayonda fərdi yaşayış evləri TƏMİR OLUNACAQ - Nazirlik 1 milyon ayırdı Bu gün, 11:48 Faktiki hava: Naxçıvanda dörd dərəcə şaxta olub Bu gün, 11:48 Məktəbin həyətindəki 100 illik bina yandı - Bir vaxtlar bəy evi olubmuş Bu gün, 11:48 Dünya bazarında neftin qiyməti aşağı düşüb Bu gün, 10:48 FIFA sülh mükafatını ləğv edə bilər Bu gün, 10:48 Feyza Civelek yeni serialda rol alacaq Bu gün, 10:48 "Beach Boys" qrupunun qurucularından Mayk Lav 85 yaşında vəfat edib Bu gün, 10:48 Bakı-Sumqayıt yolunda daha bir YENİLİK Bu gün, 09:48 İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib Bu gün, 09:48 Gəncədə köşkdən kişi meyiti tapıldı Bu gün, 09:48 Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb Bu gün, 00:48 Süni intellekt alimlərin onilliklərdir həll edə bilmədiyi riyazi məsələləri çözür Bu gün, 00:48 İtaliya şirkətlərinin Azərbaycan planları: Bakı metrosundan Qarabağadək uzanan layihələr Dünən, 23:48 Zelenski mediaya məhdudiyyət qoydu Dünən, 23:48 Netanyahu baş nazir postunu Ayzenkota verməyə hazırdır Dünən, 23:48 Stiv Uitkoff ABŞ Senatında Ukrayna ilə bağlı məxfi brifinq keçirəcək Dünən, 23:48 Bakıda bəzi ərazilərdə söküntüyə hazırlıq gedir: Kompensasiya məsələsinə aydınlıq gətirildi Dünən, 23:48 Ukrayna Rusiyanın üç mühüm neft obyektini vurub Dünən, 22:48 Bakıda stilist doğuşdan sonra vəfat etdi Dünən, 22:48 Siyəzəndə su kanalında batan 13 yaşlı uşağın meyiti tapılıb Dünən, 22:48 Tiranada hökumət əleyhinə aksiyada 19 nəfər xəsarət alıb Dünən, 22:48 Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Dünən, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Dünən, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Dünən, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Dünən, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Dünən, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Dünən, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Dünən, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Dünən, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR