14-10-2025, 23:48 275

Bakıda ərini telefonla vurub öldürməkdə ittiham olunan qadına HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsi ərini ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmaqda ittiham olunan qadının cinayət işi üzrə hökm çıxarıb.

Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcək.

AVESTA.AZ-in məlumatına görə, Hadisə 2024-cü il oktyabrın 24-də Bakı şəhəri Xətai rayonunda baş verib. 1987-ci il təvəllüdlü təqsirləndirilən qadın əri (1986-cı il təvəllüdlü) ilə ailə münaqişəsi zamanı onun "Xiaomi Redmi" markalı mobil telefonunu yoxlamağa cəhd edib.

Ər yuxudan oyanaraq telefonu geri almağa çalışarkən qadın telefonu ilə ərinin baş və üz nahiyəsinə zərbələr endirib, sonra ayağı ilə vuraraq onu çarpayıdan yerə yıxıb. Nəticədə ər baş beyin travması alaraq hadisə yerində vəfat edib.

İbtidai istintaqda qadın Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə ittiham olunub. Lakin məhkəmə baxışı zamanı əməlin ehtiyatsızlıq xarakterli olduğunu müəyyən edərək ittihamı 124.1-ci maddəyə yenidən tövsif edib.

Məhkəmədə təqsirləndirilən qadın özünü qismən təqsirli bilib və ifadəsində bildirib ki, əri ilə münasibətlərində dəfələrlə xəyanət şübhəsi olub, hadisə zamanı isə özünü qorumaq məqsədilə hərəkət edib. O, ərinin telefonunu gizli yoxlayarkən tutulub və əri tərəfindən təhqir olunduğunu, qorxaraq telefonu ilə itələdiyini və ayağı ilə vurduğunu qeyd edib. Qadın hadisədən peşman olduğunu, iki azyaşlı övladının olduğunu və ailəsinin çətin vəziyyətdə qaldığını vurğulayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi (qohumu) məhkəmədə qadınla barışıq əldə etdiyini, şikayəti olmadığını və ona yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirib. Məhkəmə cəza təyin edərkən qadının ilk dəfə cinayət törətməsini, azyaşlı uşaqlarının olmasını, peşmanlığını və barışığı yüngülləşdirici hallar kimi nəzərə alıb. Ağırlaşdırıcı hallar müəyyən edilməyib.

Paylaş

Xəbər lenti

Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Bu gün, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Bu gün, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Bu gün, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Bu gün, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Bu gün, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Bu gün, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Bu gün, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Bu gün, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Bu gün, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Bu gün, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Bu gün, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Bu gün, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Bu gün, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Bu gün, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Bu gün, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Bu gün, 19:48 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Bu gün, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Bu gün, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Bu gün, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Bu gün, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Bu gün, 18:48 İki güləşçimiz yarımfinalda Bu gün, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Bu gün, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Bu gün, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Bu gün, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Bu gün, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Bu gün, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Bu gün, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Bu gün, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Bu gün, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Bu gün, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Bu gün, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Bu gün, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Bu gün, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Bu gün, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Bu gün, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Bu gün, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48 ADY: Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib Bu gün, 15:48 "Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib Bu gün, 15:48 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb Bu gün, 15:48 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir Bu gün, 15:48 "AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama Bu gün, 15:48 Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər Bu gün, 14:48 Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR