
Portuqaliyalı hücumçu Kriştiano Ronaldunun “Mançester Yunayted”dən ayrıldıqdan sonra karyerasını iki ölkədə davam etdirə bilər.
“Report” xəbər verir ki, bu barədə “Marca” nəşri mənbəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hücumçu İngiltərənin “Nyukasl” və Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubuna transfer etməyi düşünür.
Maraqlıdır ki, hər iki klubun sahibi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.
Qeyd edək ki, İngiltərənin "Mançester Yunayted" komandası futbolçusu Kriştianu Ronaldu ilə müqaviləni pozub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.