
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəbləri üçün yeni musiqi alətləri alınıb. Layihə musiqi məktəblərinin inkişafına, gənc istedadların daha keyfiyyətli təhsil almalarına və musiqi mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində layihə çərçivəsində alınan musiqi alətləri nümayiş olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva təqdimat mərasimindən paylaşım edib.
AVESTA.AZ həmin paylaşımı təqdim edir:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.