
Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
Avesta.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət Xidməti məlumat verib.
Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək əsas məqsəd olub. “Xüsusilə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 2022-ci il aprelin 6-da Brüsseldə keçiriləcək görüşə hazırlıqla bağlı müzakirələr aparılıb.
Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüşü Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar təşkil edib.