
Bakının Sabunçu rayonu, Natavan küçəsində dəmir yolu vağzalının yaxınlığında kanalizasiya xəttində qəza baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, borunun partlaması nəticəsində küçə boyunca böyük miqdarda çirkab su axını yaranıb.
Çirkab sularının ətrafa yayılması səbəbindən yol hazırda demək olar ki, keçilməz vəziyyətə düşüb.
Ərazidən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.