
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb
“Xerson vilayətində Ukrayna Silahlı Qüvvələri rus qoşunlarından azad edilən 11 yaşayış məntəqəsini nəzarətə götürüb”, - deyə idarənin mətbuat xidməti məlumat yayıb.
“Cənub” qoşun dəstəsində yerləşən 60-cı əlahiddə piyada briqadasının müdafiəçilərinin səyləri ilə Xerson vilayətində aşağıdakı yaşayış məntəqələri azad edildi: Novovorontsovka, Malaya Şesternya, Novoqriqorovka, Topolino, Knyazevka, Krasnovka, Svobodnoye, Priqorye, Koçubeevka, Orlovo”, - deyə məlumatda bildirilir.