
"Azərbaycan minalara, partlamamış hərbi sursatlara və müharibənin partlayıcı qalıqlarına (MHQ) görə dünyanın ən çirklənmiş ölkəsi kimi qeydə alınıb".
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Humanitar minatəmizləmə fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Daha sonra ANAMA əməkdaşı qeyd edib:
"Minatəmizləmə işləri Azərbaycanın münaqişədən zərər çəkmiş ərazilərində infrastrukturun təhlükəsiz bərpası, habelə məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıtması və sülhməramlı proseslərin gücləndirilməsi, habelə investisiya proqramlarının həyata keçirilməsi üçün ilkin şərtdir. ANAMA münaqişə zonasında zəruri infrastrukturun, o cümlədən yaşayış massivlərinin, qəbiristanlıqların, yolların, kanalların, elektrik xətlərinin çoxsaylı minalardan, improvizə olunmuş partlayıcı qurğulardan, iriçaplı raketlərdən təmizlənməsini davam etdirir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.