
Cənubi Koreyada iki təlim təyyarəsinin havada toqquşması nəticəsində 3 pilot həlak olub.
Səlahiyyətlilər paytaxt Seuldan 300 kilometr cənubda yerləşən Sacheon şəhərində havada "Hərbi Hava Qüvvələri KT-1" tipli iki təlim təyyarəsinin toqquşduğunu bildirib.
Toqquşmadan sonra təyyarələr düyü sahəsinə düşüb.
Qəzada 3 pilot həlak olub, bir nəfər ağır xəsarətlərlə xilas edilib.
Hadisə yerinə 30-dan çox təcili yardım və yanğınsöndürən göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.