
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson sentyabrın 6-da istefa verdikdən sonra bütün dünyada ictimai çıxışlardan 1 milyon funt sterlinqdən (1,3 milyon dollar) çox qazanıb.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin bildirilib.
Sənədə əsasən, Conson oktyabrın 14-də ABŞ-da Sığorta Agentləri və Brokerləri Şurası qarşısında etdiyi çıxışa görə 276 min funt sterlinq (343 min dollar), noyabrın 9-da isə amerikan investisiya şirkəti “Centerview Partners”in top-menecerləri qarşısında çıxışına görə 278 min funt sterlinq alıb (345 min dollar). Bundan əlavə, noyabrın 17-də Conson Hindistanın “Hindustan Times” qəzetinin təşkil etdiyi çıxışa görə 262 min funt sterlinq (325 min dollar), noyabrın 23-də isə Böyük Britaniyanın keçmiş baş nazirinə CNN Lissabonda təşkil etdiyi forumdakı çıxışına görə 215 min funt sterlinq (267 min dollar) ödənilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.