13-02-2026, 16:48 277

Yazı səyahətlə qarşılayın: AZAL-dan bayram tətili üçün seçimlər

Yaz fəsli mühit dəyişmək və yeni təəssürat qazanmaq üçün gözəl fürsətdir. Mart ayında Novruz və Ramazan bayramları ilə əlaqədar tətil günləri isə səyahət planlarını gerçəkləşdirməyə əlverişli şərait yaradır.

AVESTA.AZ xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AZAL sərnişinlərə geniş istiqamət seçimi və çevik uçuş cədvəli təklif edir. Bu, həm qısa həftəsonu səfərləri, həm də uzunmüddətli tətil üçün uyğun variant seçimini asanlaşdırır. Aviaşirkətin marşrut şəbəkəsi Asiya, Yaxın Şərq və Avropa şəhərlərini əhatə edir və bayram günləri ərəfəsində, eləcə də tətil günlərində AZAL minlərlə beynəlxalq reys yerinə yetirəcək.

Yazda ən çox haraya səyahət edilir?

Bayram günlərində xüsusilə Yaxın Şərq istiqamətləri və kurort marşrutlarına maraq artır. Dubay ən çox üstünlük verilən şəhərlərdən biridir. Artan tələbatı nəzərə alan AZAL bu marşrut üzrə uçuş proqramını genişləndirib və əlavə reyslər təyin edib.

Yumşaq iqlimdə dincəlmək istəyənlər üçün AZAL regionun ən məşhur kurortlarından biri olan Şarm əş-Şeyxə reyslər həyata keçirir. Bayram günlərini dəniz sahilində keçirməyi üstün tutan sərnişinlər üçün isə Maleyə uçuşlar mövcuddur. Bu istiqamət xüsusilə səfərlərini əvvəlcədən planlaşdıran sərnişinlər arasında populyarlığını qoruyur. Yaz tətili dövründə mülayim havası və zəngin turistik imkanları ilə seçilən Təl-Əviv də ən çox üstünlük verilən şəhərlər sırasındadır.

Türkiyə: istənilən səyahət planına uyğun istiqamətlər

Mart tətili dövründə Türkiyə AZAL-ın marşrut şəbəkəsində mühüm yer tutur. İstanbul yüksək uçuş tezliyi ilə ən çox seçilən istiqamətlərdən biridir. Bununla yanaşı, sərnişinlər Ankara, İzmir, Antalya və Trabzona da səfər edə bilərlər. Bu şəhərlər həm işgüzar səfərlər, həm də mədəni və istirahət məqsədli səyahətlər üçün əlverişlidir.

Avropa: yaz şəhərlərini sevənlər üçün

AZAL-ın yaz uçuş cədvəlində Praqa, Vyana, Milan, Barselona, Berlin, Paris və London istiqamətləri də yer alır. Bu şəhərlər daha çox tarixi-mədəni səfərlərə üstünlük verən və səyahətlərini əvvəlcədən planlaşdıran sərnişinlərin seçimidir. Praqa və Vyanaya əlavə reyslərin təyin olunması isə bayram dövründə uçuş proqramını daha da genişləndirir.

Mərkəzi Asiya: bayram ab-havasında səyahət

Yaz bayramları Mərkəzi Asiyaya səfərlər üçün xüsusilə münasib vaxt sayılır. Bu regionda Novruz və Ramazan dərin mədəni ənənələrlə bağlıdır. AZAL-ın Daşkənd, Səmərqənd, Ürgənc, Düşənbə və Bişkek istiqamətləri sərnişinlərə tarixi şəhərlər və zəngin mədəni irslə yaxından tanış olmağa şərait yaradır.

Şərqi Asiyaya səyahət

Bayram dövründə səyahət planlayan sərnişinlər üçün AZAL-ın Pekin şəhərinə reysləri mövcuddur. Bu istiqamət Çinin zəngin tarixi və Şərqi Asiyanın müasir ab-havası ilə tanışlıq üçün cəlbedici seçimdir.

Əlavə uçuşlar və ən çox tələbat olan istiqamətlər

Bayram mövsümündə artan tələbat fonunda AZAL 20-30 mart tarixlərində 14 əlavə reys həyata keçirəcək:

• Dubaya 6 əlavə reys;

• Tbilisiyə 6 əlavə reys;

• Praqaya 1 əlavə reys;

• Vyanaya 1 əlavə reys.

18-30 mart tarixlərində AZAL-ın ən çox uçuş yerinə yetirdiyi istiqamətlər:

• Tbilisi;

• Moskva;

• İstanbul;

• Dubay;

• Təl-Əviv.

Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün AZAL-ın rəsmi veb-saytına və mobil tətbiqinə daxil ola, həmçinin aviaşirkətin kassalarına və akkreditə olunmuş agentliklərinə müraciət edə bilərsiniz.

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR