
Samuxda qadın bıçaqlanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.