8-04-2022, 14:49 994

Prezidentdən Vətən Müharibəsi iştirakçıları ilə bağlı -

Prezident İlham Əliyev Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.4-cü maddəsinə uyğun olaraq qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər (bundan sonra – mənzillər) əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdirilir;

1.2. mənzillərin özəlləşdirilməsi bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla həyata keçirilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. bu Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

4.1. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

Paylaş

Xəbər lenti

Mayk Menyan Şahruddinə xüsusi hədiyyə göndərib Bu gün, 00:48 Tramp yeni şərtlər irəli sürdü: Tehranın cavabı nə olacaq? Dünən, 23:48 Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar Dünən, 23:48 Azərbaycanda yaşlı şəxs yaponiyalı turistə qarşı qeyri-etik hərəkət etdi Dünən, 23:48 Küveytdə hərbi bazaya hücum zamanı dörd ABŞ hərbçisi yaralanıb Dünən, 23:48 Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib Dünən, 22:48 Fərqli mədəniyyətləri birləşdirən körpü: Qubadakı tarixi abidədən REPORTAJ Dünən, 22:48 CNN: İran yeraltı raket bazalarının əksəriyyətinə çıxışı bərpa edib Dünən, 22:48 Azərbaycanda magistral yolda YANĞIN - Avtomobillərin hərəkəti çətinləşib Dünən, 21:48 Mingəçevirdə "Toyota Prius" 15 yaşlı qızı vurdu Dünən, 21:48 Şərurda yarımtikili evdə yanğın olub Dünən, 21:48 Türkiyə ilə birgə PUA istehsalı: Süni intellektlə gücləndirilən "SİVRİSİNEK" nə bacarır? Dünən, 21:48 Bakı Bulvarında yeni festival başlayır Dünən, 21:48 Tarixi məkanda mühüm addım: İçərişəhərdə əhalinin uçotu başlayıb Dünən, 20:48 Myanmada güclü partlayış: Onlarla insan həyatını itirib Dünən, 20:48 Azərbaycanda magistral yoda YANĞIN - Avtomobillərin hərəkəti çətinləşib Dünən, 20:48 Yeddi illik baxımsızlıq: Gəncə sakinlərinin yol problemi Dünən, 20:48 Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb Dünən, 19:48 Saxta satıcılar vətəndaşı aldatdılar: Polis hərəkətə keçdi Dünən, 19:48 Naibə Allahverdiyeva: İnsan yaşa dolduqca anlayır ki... Dünən, 19:48 Azərbaycana gətirilən avtomobillərin sayı azalıb - Qiymətlər ucuzlaşacaq? Dünən, 19:48 Netanyahu Bofor qalasının ələ keçirilməsini "güclü dönüş" adlandırıb Dünən, 18:48 "Zirə" 5 futbolçu ilə yollarını ayırıb Dünən, 18:48 Fransada baş verən iğtişaşlarda 780 nəfər saxlanılıb Dünən, 18:48 Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşib Dünən, 18:48 Banklara etibar güclənir, yoxsa başqa səbəb var? Dünən, 18:48 Fatimə Fətəliyeva: "Anam neçə vaxtdır reanimasiyadadır" Dünən, 17:48 Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb Dünən, 17:48 Bazarda mövsümi meyvələr hansı qiymətə təklif olunur? Dünən, 17:48 Ata uşaqlarının təhlükədə olduğunu iddia edir: "Göndərdiyim pulları narkotik vasitələrə xərcləyir" Dünən, 16:48 "Aysberqin görünən tərəfi" - "İdeal həyat" paylaşımları yeniyetmələri tələyə salır Dünən, 15:48 Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ-Azərbaycan İqtisadi Dialoqu keçiriləcək Dünən, 15:48 Leyla Əliyevadan fermer qadına incə davranış Dünən, 15:48 AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib Dünən, 15:48 Xırdalanda yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 14:48 Azərbaycanın tanınmış aktyoru VƏFAT ETDİ Dünən, 14:48 Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq... Dünən, 14:48 Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər Dünən, 14:48 Azərbaycanda AĞIR QƏZA: 10 nəfər yaralandı Dünən, 14:48 İyun ayının ilk gününə olan hava proqnozu açıqlanıb Dünən, 13:48 Bakıda bu marşrutun bütün avtobusları yenilənir - İyunun 1-dən... Dünən, 13:48 "Vurun" əmri verən və ölüm cinayəti hələ də açılmayan ukraynalı nazirlə görüş Dünən, 13:48 Yol Polisindən səfərdən dönən sürücülərə MÜRACİƏT Dünən, 13:48 Nərgiz Cəlilova: "Televiziya tarixində ən xoşbəxt nəsil bizik" Dünən, 12:48 ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib Dünən, 12:48 İstirahətə getmək niyə xəyal olaraq qalır? - Əl yandıran qiymətlərin səbəbləri Dünən, 12:48 Cüdo millimiz Avropa Kubokunun ilk günündə qızıl medal qazanıb Dünən, 12:48 Baş Şirvan kollektorunda timsah peyda olub? Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR