
Qərbi Afrikada yerləşən Burkina-Fasoda mikroavtobusun minaya düşməsi nəticəsində azı 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
Bu barədə “AVESTA.AZ” BBC-yə istinadən xəbər verir.
Bildirilib ki, ölkənin şərqində, Nigerlə sərhəddə baş verən partlayışda sərnişinlərin bəziləri itkin düşdüyündən ölənlərin sayı arta bilər.
Xatırladaq ki, Burkina-Faso və qonşu dövlətlər 2013-cü ildən bəri terrorçu qruplarla mübarizə aparır. Bu böhran minlərlə insanın ölümünə və 2 milyondan çox insanın evlərini tərk etməsinə səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.