
Aktrisa Serenay Sarıkaya sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
AVESTA.AZ xəbər verir ki, o ilk dəfə instaqramda atası Mustafa Sarıkayanın fotosunu yayımlayıb.
Aktrisanın atası ilə soyuq münasibətindən sonra bu addımı atması izləyicilərin müzakirələrinə səbəb olub.
Xatırladaq ki, Serenay Sarıkayanın atası ilə anası illər əvvəl ayrılıb. Daha sonra Mustafa Sarıkaya başqa bir qadınla ailə qurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.