
ABŞ prezidenti Donald Tramp İranla danışıqlarda irəliləyiş əldə olunduğunu və tərəflərin razılaşmaya yaxın olduğunu bildirib.
AVESTA.AZ xəbər verir ki, Tramp açıqlamasında İranın nüvə silahına sahib olmamaq şərtini qəbul etdiyini iddia edib.
Onun sözlərinə görə, tərəflər arasında növbəti görüş həftəsonu keçirilə bilər və razılaşma əldə olunması ehtimalı yüksəkdir. Tramp bildirib ki, İran həmçinin əlindəki nüvə materiallarını ABŞ-yə təqdim etməyə razılaşıb.
ABŞ prezidenti qeyd edib ki, bu razılaşma uzunmüddətli, 20 ildən artıq dövrü əhatə edə bilər. O əlavə edib ki, əgər razılaşma əldə olunmasa, münaqişə davam edəcək.
Tramp Pakistanın danışıqlarda vasitəçi rolunu yüksək qiymətləndirərək, sazişin İslamabadda imzalana biləcəyini və bu halda həmin ölkəyə səfər edə biləcəyini bildirib.
Eyni zamanda o, region liderləri, o cümlədən Türkiyə ilə də İran məsələsini müzakirə etdiklərini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.