
Milli Məclisin aprelin 12-də keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər məlum olub.
İclasın gündəliyinə 4 məsələ daxildir:
1. "Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında "Qafqaz Qartalı" xüsusi təyinatlı qüvvələrin təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
2. "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.