
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, İslam Bazarqanov (57 kq) 1/4 finalda Arıyan Tsyutrini (UWW) məğlub edərək buna nail olub.
Cəbrayıl Hacıyev (79 kq) isə eyni raundda Aksarbek Qulayevdən (Slovakiya) güclü olub.
Bu gün Azərbaycanın üç qadın güləşçisi bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) qitə birinciliyində üçüncü yeri tutmağa çalışacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.