
Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev (79 kq) Albaniyanın paytaxtı Tiranada təşkil olunan Avropa çempionatında bürünc medal qazanıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, təmsilçimiz Rasul Şapiyevi (Şimali Makedoniya) 8:0 hesabı ilə üstələyib.
Azərbaycanın digər güləşçisi Rəşid Babazadə (65 kq) bürünc medal görüşündə ermənistanlı Vazgen Tevanyana 0:7 hesabı ilə uduzub.
Beləliklə, Avropa çempionatının altıncı günündə Azərbaycan güləşçiləri iki medal qazanıblar.
Xatırladaq ki, daha əvvəl İslam Bazarqanov (57 kq) Avropa çempionu adına yiyələnib. Sabah isə Azərbaycanın 4 sərbəst güləşçisi - Ali Tsokayev (92 kq), Arseniy Djioyev (86 kq), Giorgi Meşvildişvili (125 kq) və Turan Bayramov (74 kq) fəxri kürsünün ən yüksək pilləsində yer almaq üçün döşək üzərinə çıxacaqlar. Nürəddin Novruzov (61 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.