14-01-2022, 09:23 1620

“2 ildir ki, heç bir verilişə qatılmıram
“2 ildir ki, heç bir verilişə qatılmıram, efirlərə getmirəm. Sağ olsunlar sayıb dəvət edirlər, amma xəstəliyə görə getmirəm, qorunuram. Çalışıram ki, evə də qonaq qəbul etməyim. Özümü təcrid etmişəm. Əlbəttə ki, insanlar üçün, dost-tanış, tədbirlər üçün darıxıram. Amma yaradıcılıqdan uzaq düşməmişəm, kitab yazıram, sazımı çalıram, gözəl nömrələr hazırlayıram”.
Bunu Əməkdar Mədəniyyət İşçisi aşıq Ulduz Sönməz deyib. O daha sonra əlavə edib.
“Heç vaxt mənim üçün bu sənətdə qadın-kişi olmayıb. Sənəti yaşadırsansa sənətkarsan. Respublikada ilk olaraq aşıq sənətindən mən sinif açmışam, onun tədris proqramını yazmışam. 30 il olacaq ki, kollecdə aşıq sənətini tədris edirəm. Respublikada Qənbər Hüseynlidən sonra “Sazçı qızlar”-ı yaradan mən olmuşam. Tələbələrim də bölgələrdə, rayonlarda, Bakının müxtəlif yerlərində dərs deyirlər. “Aşıq Pəri” məclisi Hüseyn Arifin təşkilatçılığı ilə, Aşıqların 4-cü qurultayında, 1984-cü ildə yarandı. Bu məclisin ilk yaradıcı üzvlərindən də biri mənəm. Əvvəl Əzizə Cəfərzadə, daha sonra isə Narınc xatun bu məclisə rəhbərlik etdi. Narınc xatundan sonra mən “Aşıq Pəri”-dən uzaq düşdüm. Sənət aləmində, sənətçidə gərək səhnə mədəniyyəti birinci olsun. Əgər bu olmasa o sevilə bilməz. Məclis də həmin məclis deyildi, Pəri məclisinin dadı-ləzzəti Narınc xatunla getdi. Bu gün də “Aşıq Pəri” məclisinə heç bir kanal dəstək durub, vaxt vermir, hara gedirsən deyir ki, pul ver, çıxış et” deyə o bildirib. 
O, daha sonra illərdir eyni imicdə qalmasının səbəbini açıqlayıb.
“Uzun illərdir qəribə bir vərdişim var. Saçımı toplasam, hansısa saç düzümü etsəm oxuya bilmirəm. Uzun, açıq şəkildə saç elə bil mənə ruh verir. Həm də saza yaraşır. İndi saçını kəsdirənlər gedib ona calaq edir, amma bizdə təbiidir. Mən hər şeydə təbiiliyə üstünlük verirəm. İndi təbii adam tapmaq müşkül məsələyə çevrilib, baxırsan ki, ağzı gəlib çatır qulağının dibinə. O qədər əməliyyat edirlər ki, gözləri az qalır yerindən çıxsın” deyə o bildirib. 
Aşıq Ulduz Sönməz aşıq sənətinə ləkə gətirənlərdən də danışıb.
“Biri var aşıq ifaçısı, biri də var saz çalan. Bu gün bəzi aşıq ifaçıları bu sənəti layiqincə təmsil etmirlər. Nə danışıqlarını bilirlər, nə də ki, özlərini apara bilirlər. Aşıq hər şeydən öncə gərək sazına, daha sonra isə özünə hörmət etsin. Heç kimin ixtiyarı yoxdur ki, dədə-babadan bizlərə yadigar qalan bu sənəti hörmətsiz etsin” deyə o bildirib. (Moderator)
Paylaş

Xəbər lenti

Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib Bu gün, 17:49 Ərzaq qiymətlərində artım: Azərbaycanda bahalaşmanın yeni mərhələsi? Bu gün, 17:48 Alkoqol beyin hüceyrələrini məhv edən prosesi işə salır - Alimlərdən yeni araşdırma Bu gün, 17:48 Bakı sakini: Kəlağayı Azərbaycan qadınının zərifliyini ön plana çıxarır Bu gün, 17:48 Qazaxıstan Prezidenti Azərbaycana gəlib Bu gün, 17:48 Polkovnik-leytenantın ölümünün təfərrüatı: Restoranda yıxılıb, başı betona dəyib Bu gün, 17:48 Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır Bu gün, 17:48 Laos AQEM-ə üzv qəbul edilib Bu gün, 16:48 Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər Bu gün, 16:48 Bakıda NATO təlimləri keçirilib Bu gün, 16:48 Alpay 91 yaşında vəfat etdi Bu gün, 16:48 Folklend adaları uğrunda yeni gərginlik: Britaniya ordusu hərəkətə keçdi Bu gün, 16:48 İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib Bu gün, 16:48 Goranboyda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb Bu gün, 16:48 Saleh Səmədovun mənimsədiyi 200 min manatı oğlu qaytardı Bu gün, 16:48 Konqo Demokratik Respublikasında Ebola virusundan 4 381 nəfər ölüb Bu gün, 16:48 Oktyabrın ilk yarısında temperatur normadan 5 dərəcə yüksək olub Bu gün, 15:48 İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkar olunub Bu gün, 15:48 Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI Bu gün, 15:48 Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək Bu gün, 15:48 Məşhur reperin evinə həbs qoyuldu - Aliment borcunu ödəmirmiş... Bu gün, 15:48 Qarabağda "Yüksəliş" müsabiqəsi qaliblərinin forumu keçiriləcək Bu gün, 14:48 Vyetnamın vitse-prezidenti Azərbaycana səfərə gəlib Bu gün, 14:48 Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab Bu gün, 14:48 "Qarabağ"ın məşqçisi cərimələndi: Təhqir iddiasına klubdan reaksiya Bu gün, 14:48 Əli Əsədov Laosun Prezidenti ilə ikitərəfli əməkdaşlığı müzakirə edib Bu gün, 14:48 Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Türkiyə Prezidentini təmsil edəcək Bu gün, 14:48 Suriya 2014-cü ildən bəri ilk dəfə 42 kimyəvi bombanı məhv edib Bu gün, 14:48 Bilal Əliyev: "10 dəfə Həcc ziyarətinə getmişəm, amma məktəblilər eyni geyim formasında olmalıdırlar" Bu gün, 14:48 Bakıda yəhudi şagirdlər də məktəbə vahid formada gedirlər Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda TIR-ın daşıdığı texnika körpüyə ilişdi Bu gün, 13:48 Azərbaycanda 47 min iş yeri açılacaq Bu gün, 13:48 Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq Bu gün, 13:48 Almaniyada 16 yaşlı qıza qarşı hərəkətlərə görə robot müsadirə edilib Bu gün, 13:48 Sergey Lavrov Bakıda keçiriləcək sammitdə iştirak edəcək Bu gün, 13:48 Rusiya casusluq ittihamı ilə yapon jurnalisti həbs edib Bu gün, 13:48 AMB: Ödəniş sistemləri üzrə yeni xidmət haqları vətəndaşlara bilavasitə şamil olunmur Bu gün, 13:48 Həkimdən xəbərdarlıq: Bu qidalar insult riskini artırır Bu gün, 13:48 Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb Bu gün, 12:48 Lənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş Bu gün, 12:48 Azərbaycanda məktəbli formasına görə asayişi pozanlar həbs edildilər Bu gün, 12:48 Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi Bu gün, 12:48 Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər Bu gün, 12:48 Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür Bu gün, 12:48 İlon Mask ABŞ-də aralıq seçkiləri üçün 366 milyon dollar xərcləyib Bu gün, 12:48 İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq Bu gün, 12:48 Kartdan-karta pul köçürənlərin DİQQƏTİNƏ - Aprelin 1-dən bu qədər pul tutulacaq Bu gün, 12:48 Xüsusi nümayəndə: "Kəlbəcər rayonunun Zar kəndinə növbəti köç gözlənilir" Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR