
"Şamaxı" klubu futbolçusu Adil Nağıyevlə yollarını ayırıb.
Bölgə təmsilçisindən "AVESTA.AZ"a verilən məlumata görə, 27 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, müqavilə ilə məxsus olduğu "Səbail"ə qayıdıb.
Qeyd edək ki, Adil Nağıyev mövsümün əvvəlində məhz "dənizçilər"dən "Şamaxı"ya transfer olmuşdu.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.