
Hollivud ulduzu Kevin Speysi karyerasına geri dönüş edir.
BAKU.WS xəbər verir ki, son illərdə haqqında irəli sürülən cinsi istismar ittihamları ilə gündəmdən düşməyən Speysi yeni film layihəsi ilə qayıdır.
Son olaraq üç kişi tərəfindən cinsi zorakılıqda ittiham edilən Speysinin bir müddət əvvəl iddiaçılarla razılığa gəldiyi məlum olub.
Bununla da o, son məhkəmə prosesini də geridə qoyub.
66 yaşlı aktyorun yeni layihəsi "Melodies in the Forest" adlanır. Ekran işi İkinci Dünya Müharibəsi mövzusunda çəkiləcək.
Dram filmdə Speysi 85 yaşlı məşhur orkestr dirijoru Petr Novotni obrazını canlandıracaq.
Filmin ssenarisi və rejissoru Roberto Lippolis tərəfindən hazırlanıb.
Filmin çəkilişlərinə 2026-cı ilin oktyabrında İtaliya və Çexiyada start veriləcək. Layihənin Cannes Film Festival çərçivəsində təqdim olunacağı bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.