
"Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış nəticəsində daha üç mənzilə və liftin şaxtasına da ziyan dəyib, qaz təminatı tam dayandırılıb".
"AVESTA.AZ"un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev jurnalistlərinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda "Azəriqaz" aid olan məsələlərlə bağlı işlər yerinə yetirilir:
"Binada təhlükəsizlik qaydalarına tam əməl olunduqdan və kəmərlər yoxlanıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra binaya qazın verilişi bərpa olunacaq. İlkin olaraq, ehtimal edirik ki, hadisə qaz sızmasından baş verib. Hadisə zamanı digər üç mənzilə və liftin şaxtasına da ziyan dəyib".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.