20-05-2026, 19:48 436

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və "Clean Air Fund" (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası" mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, "Bizim Həyət" layihəsi çərçivəsində həyət sahələrinin abadlaşdırılması, eləcə də ağacəkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Hava çirklənməsinin azaldılması, daha yaşıl, dayanıqlı və insanyönümlü şəhərlərin qurulması üçün beynəlxalq səylərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin rəsmi hissəsində çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və CAF-ın nümayəndəsi Sesiliya Vaka Cons çıxışlarında şəhərlərdə hava çirklənməsinin azaldılmasının insan sağlamlığının qorunması, iqlim dayanıqlılığının gücləndirilməsi və daha keyfiyyətli yaşayış mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Daha sonra tədbir panel müzakirələri ilə davam edib. IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, UNEP-in regional əlaqələndiricisi Mahir Əliyev, Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisinin proqram meneceri Dorota Yaroşinska, CAF-ın "Breathe Cities" təşəbbüsünün nümayəndəsi Manuel Truhilyo və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqlim siyasəti sektorunun müdiri Fuad Hümbətov şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılması, ekoloji çağırışların həlli və insan sağlamlığına təsirlərin azaldılması istiqamətində beynəlxalq təcrübə və praktiki yanaşmaları müzakirə ediblər.

Tədbirin yekununda "Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı" adlı kommünike qəbul olunub. Kommünikedə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanınması, gələcək Ümumdünya Şəhərsalma Forumlarının gündəliyinə daimi mövzu olaraq daxil edilməsi, eləcə də şəhər planlaşdırılması, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın təşviq edilməsinə çağırışlar öz əksini tapıb.

Qeyd edək ki, yüksəksəviyyəli forum çərçivəsində, həmçinin "Clean Air Fund", UNEP və digər tərəfdaşların müxtəlif vizual materialları, eləcə də "Children's Eyes on Earth" beynəlxalq fotoqrafiya layihəsinin iştirakçılarının işlərindən ibarət sərgi təqdim olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub

Paylaş

Xəbər lenti

Fulya Öztürk Leyla Əliyeva ilə videosunu onun sözlərinə bəstələnən mahnı ilə paylaşdı Bu gün, 00:48 Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi Bu gün, 00:48 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb Dünən, 23:48 Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı Dünən, 23:48 Bakıda mühüm tunelin tikintisində işlər dayanıb: Ərazidə nə işçi var, nə də texnika Dünən, 23:48 Portuqaliyada on minlərlə insan mənzil qiymətlərinin artmasına etiraz edir Dünən, 23:48 COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb Dünən, 23:48 Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər Dünən, 23:48 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi Dünən, 22:48 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi Dünən, 22:48 Bakıda təhlükəli vəziyyət: "Burada dəfələrlə qəza olub" Dünən, 22:48 Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü Dünən, 21:48 Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər Dünən, 21:48 İran turizm marşrutlarını Məşhəddən kənara genişləndirmək istəyir Dünən, 21:48 Prezident İlham Əliyev COP31 çərçivəsində jurnalistin qeyri-adi sualını cavablandırıb Dünən, 21:48 Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb Dünən, 21:48 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı Dünən, 20:48 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb Dünən, 20:48 Bakı və London arasında tarixi razılaşma: Strateji tərəfdaşlıq nələri dəyişəcək? Dünən, 20:48 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi Dünən, 20:48 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat Dünən, 19:48 Azərbaycan FAMEX-ə dəvət edilib Dünən, 19:48 Qara dənizdə yük gəmisinə PUA hücumu olub Dünən, 19:48 "Naxçıvan" voleybol klubu ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 19:48 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər Dünən, 18:48 Görmə itkisinə aparan xəstəliklər hansılardır? Dünən, 18:48 Türkiyədə milyardlıq əməliyyat: Otel və əyləncə mərkəzləri müsadirə edildi Dünən, 18:48 SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb Dünən, 18:48 Sarı və narıncı xəbərdarlıq: Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi Dünən, 18:48 Bakı avtobuslarında sərnişin bumu Dünən, 17:48 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Dünən, 17:48 Mərdanovlar ailəsi aylardır qorxu içində: "O səs qulağımdan getmir" Dünən, 17:48 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib Dünən, 17:48 Sabiq nazirə ağır itki üz verdi Dünən, 17:48 Büdcə üçün risk: Hesablama Palatası açıqladı Dünən, 17:48 SOCAR-ın Türkiyədəki zavodu sentyabrda aviayanacaq istehsalının həcmini açıqlayıb Dünən, 17:48 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb Dünən, 16:48 Rusiya modern "İsgəndər" raketləri ilə Ukraynanı ikiyə bölməyi hədəfləyir Dünən, 16:48 Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 16:48 STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 %-ə yaxın artırıb Dünən, 16:48 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin anım mərasimi keçirilib Dünən, 16:48 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var Dünən, 15:48 Məşhur aktyorun bu fotosu ilə bağlı əsl həqiqət üzə çıxdı Dünən, 15:48 "Kəpəz" və "Gəncəbasar" komandaları yoxlama oyununda üz-üzə gəliblər Dünən, 15:48 Təbiətə qarşı laqeydlik: Bakıda bu bağ plastik tullantılarla zibillənib Dünən, 15:48 Kamran Əliyev argentinalı həmkarları ilə əməkdaşlığı müzakirə edib Dünən, 15:48 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş Dünən, 15:48 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR