
Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə Əyyublu kəndində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobillə digər minik maşınının toqquşması nəticəsində Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü E.Həsənov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.