1-06-2026, 15:48 341

Fransa Rusiya tankerini saxladı - Kreml Parisi dəniz quldurluğunda ittiham etdi

Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Atlantik okeanında Rusiyadan gələn "Tagor" adlı neft tankerini saxlayıb.

AVESTA.AZ xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

"Dünən səhər Fransa HDQ beynəlxalq sanksiyalara məruz qalan və Rusiyadan gələn növbəti neft tankerini – "Tagor"u saxladı. Qətiyyətimiz dəyişməz və mütləqdir", – Makron X sosial şəbəkəsində yazıb.

Fransa lideri tankerin saxlanılması ilə bağlı videonu da paylaşıb. Onun sözlərinə görə, əməliyyat "dəniz hüququna tam uyğun şəkildə" həyata keçirilib.

Makron bildirib ki, əməliyyat Atlantik okeanında, beynəlxalq sularda və Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaşların dəstəyi ilə keçirilib.

Saxlanılan tanker Murmanskdan yola çıxmışdı

Fransanın Atlantik regionu üzrə Dəniz Prefekturası açıqlayıb ki, saxlanılan neft tankeri Rusiyanın Murmansk şəhərindən hərəkət edib.

Məlumata görə, mayın 31-də Fransa HDQ Bretanın ən qərb nöqtəsindən 400 dəniz milindən çox məsafədə açıq dənizdə əməliyyat keçirib. Tankerə qalxan yoxlama qrupu ekipajı BMT-nin Dəniz Hüququ Konvensiyasını pozmaqda ittiham edib. Daha sonra gəmi əlavə araşdırma aparılması üçün Fransa donanmasının müşayiəti ilə dayanacağa gətirilib.

Rusiya səfirliyi reaksiyasını bildirdi

Rusiyanın Parisdəki səfirliyi bəyan edib ki, "Tagor" tankerinin kapitanı Rusiya vətəndaşı ola bilər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, Fransa tərəfi tankerin saxlanılması barədə Rusiyanı məlumatlandırmayıb. Səfirlik gəmidə Rusiya vətəndaşlarının olub-olmaması ilə bağlı Parisdən izahat tələb etsə də, Fransa Xarici İşlər Nazirliyi hələ cavab verməyib.

Kreml saxlanmanı qanunsuz adlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov hadisəni şərh edərək bildirib ki, Moskva Fransanın "Tagor" tankerini saxlamasını qanunsuz hesab edir.

"Biz bu cür hərəkətləri qanunsuz sayırıq, onlar beynəlxalq dəniz quldurluğu ilə həmsərhəddir", – Peskov deyib.

O əlavə edib ki, Rusiya tərəfi tankerin beynəlxalq hüquqa tam uyğun şəkildə saxlanıldığı barədə iddialarla razı deyil.

Paylaş

Xəbər lenti

AMB: Sığorta sektorunun debitor borcu onun dayanıqlılığına təhdid yaratmır Bu gün, 00:48 Hər şeydən qorxan və daim narahatlıq keçirən 5 bürc Bu gün, 00:48 "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb Dünən, 23:48 Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq Dünən, 23:48 "Tasnim": İranın cənub-şərqindəki terrorçulara ağır zərbə endirilib Dünən, 23:48 Qərbi Azərbaycanın Ərəfsə kəndi: Tarixi mənbələr nəyi üzə çıxarır? Dünən, 23:48 Bakının iki rayonunda yollarda hərəkət məhdudlaşdırılacaq Dünən, 23:48 Ət bazarında qiymətlər niyə dayanmadan artır? Dünən, 22:48 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm" Dünən, 22:48 Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı Dünən, 22:48 Kasıblar daha çox zəhərlənirdi - Alimlər orta əsrlərlə bağlı maraqlı fakt üzə çıxardı Dünən, 22:48 UEFA Çempionlar Liqası: "Sabah" "Slaviya" ilə oyunda ikinci qolu vurub Dünən, 22:48 Sunniya Durani-Camal Naxçıvanda Zəngəzur dəhlizini müzakirə edib Dünən, 22:48 Zaqrebdə Azərbaycan-Aİ enerji əməkdaşlığı barədə məlumat verilib Dünən, 22:48 Çempionlar Liqası: "Sabah" - "Slaviya Praqa" matçı başladı Dünən, 21:49 Ev alıb kirayə verməklə mənzilin dəyərini neçə ilə çıxarmaq olar? Dünən, 21:48 Belçika səfiri Rusiya XİN-ə çağırılıb Dünən, 21:48 Çakal bacısına 2 milyon 280 minlik avtomobil hədiyyə etdi Dünən, 21:48 Ucuz torpaq sahələri satışa çıxarılır - İlkin qiymətlər açıqlandı Dünən, 21:48 Müğənni Nəfəs: "Sponsor" sözü bizdə pis səslənib" Dünən, 21:48 İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya Dünən, 21:48 Azərbaycan və Laos parlamentlərinin əməkdaşlığı müzakirə edilib Dünən, 20:48 Mbappenin "Qızıl top"da lider olması ilə bağlı sensasion açıqlama Dünən, 20:48 Mikayıl Cabbarov: "Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400-dən artıq şirkət fəaliyyət göstərir" Dünən, 20:48 Səfir: Füzulidə məscidin açılışı 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Dünən, 20:48 Leyla Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi Dünən, 19:48 Azərbaycanda bankların ipoteka kreditləri üzrə portfeli bu il 3 %-ə yaxın artıb Dünən, 19:48 Sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı Dünən, 19:48 Pensiya kapitalının hesablanması dəyişə bilər - Maaş alanlara necə təsir edəcək? Dünən, 19:48 Paşinyanın təyyarəsi beş ay sonra İrəvana qayıtdı Dünən, 19:48 UEFA Çempionlar Liqası: "Sabah" və "Slaviya" komandalarının start heyətləri açıqlanıb Dünən, 19:48 Dəbdəbəli yas mərasimindəki "Rolls-Royce" korteji diqqət çəkdi Dünən, 18:48 Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib Dünən, 18:48 AMB: Əhalinin borc yükü artmaqda davam edir Dünən, 18:48 Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir" Dünən, 18:48 "Bir millət, iki dövlət": Azərbaycana göstəriş vermək səlahiyyətini kim verib? Dünən, 18:48 Bu rayonda 960 şagirdlik məktəb binası TİKİLƏCƏK Dünən, 18:48 Xalq artisti: "Azərbaycanı din pərdəsi altında xurafata sürükləyənləri İrana göndərmək lazımdır" Dünən, 18:48 Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb Dünən, 17:48 Balakəndə qanunsuz gətirilən külli miqdarda dərman vasitələri aşkarlanıb Dünən, 17:48 QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir Dünən, 17:48 Hülya Avşardan Erkan Petekkayaya CAVAB: "Kədərlənmə, çox əyləndim" Dünən, 17:48 Azərbaycan XİN vətəndaşları bir daha Qara və Azov dənizlərində gəmilərdə işləməkdən çəkinməyə çağırıb Dünən, 17:48 Sadır Japarov sabah Azərbaycana səfər edəcək Dünən, 17:48 Rusiyalı psixoterapevt Ukraynada anasının və qızının yanında dəfn olundu Dünən, 17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək Dünən, 17:48 Bakıda bu tibb müəssisələri TƏMİR OLUNACAQ Dünən, 16:49 80 yaşlı Ajda Pekkan: "Kamera qarşısına keçəndə hələ də həyəcanlanıram" Dünən, 16:49

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR