
Qaxın Kötüklü kəndində "VAZ-2106" markalı avtomobil telefon dirəyinə çırpılıb.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.