
"Barselona" İspaniya La Liqasının XVI turunun mərkəzi oyununda Madrid "Atletiko"suna minimal hesabla qalib gəlib.
"Report"un məlumatına görə, oyun Madriddəki "Civitas Metropolitano" stadionunda keçirilib.
Qarşılaşmada yeganə qolu 22-ci dəqiqədə Usman Dembele vurub.
XVI turun yekunlarına görə, 41 xal toplayan "Barselona" turnir cədvəlində "Real Madrid"i (38) qabaqlayaraq İspaniya çempionatının lideri olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.