
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Məmmədova Şəfəq Fərman qızı idarə etdiyi "Mazda" markalı avtomobillə Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Əliyeva Arzu Əhməd qızını vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.